Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirib ki, yaxın aylarda baş verəcək döyüşlər Ukrayna Silahlı Qüvvələri üçün ən kritik döyüş olacaq.
APA-nın xəbərinə görə, bu barədə RİA Novosti məlumat yayıb.
"Kəşfiyyat kontekstində yaxın bir neçə ay, dörd, beş, altı ay Ukraynadakı döyüş meydanında kritik olacaq" – Börns deyib.
Kəşfiyyat İdarəsinin direktoru əlavə edib ki, Rusiya ordusunun yaxın aylarda əhəmiyyətli uğurları olmayacaq.