Xarici işlər nazirinin müavini: "Ermənistan reallıqla barışsa, Qarabağ münaqişəsi həllini tapa bilər"

Xarici işlər nazirinin müavini: "Ermənistan reallıqla barışsa, Qarabağ münaqişəsi həllini tapa bilər"
# 24 oktyabr 2017 17:44 (UTC +04:00)

"Azərbaycanın BMT-yə üzvlüyünün ilk illəri Ermənistanın ölkəmizə təcavüzü ilə üst-üstə düşüb. Bu gün də Ermənistanın işğalı Azərbaycanın dayanıqlı inkişafına mane olan əsas səbəbdir".

APA-nın məlumatına görə, bunu bu gün BMT-nin yaradılmasının 72-ci ildönümü - BMT Günü və BMT-Azərbaycan münasibətlərinin 25 illiyinə həsr olunmuş tədbirdə xarici işlər nazirinin müavini bildirib.

“Əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının işğalçı Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılmasını tələb eldən 4 qətnaməsi hələ də icra olunmayıb. Bu münaqişə yalnız və yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapa bilər. Ermənistan nə qədər tez mövcud reallıqla barışsa, öz qüvvələrini işğal olunmuş rayonlardan çıxarsa, Dağlıq Qarabağ münaqişəsi bir o qədər tez həllini tapa bilər. Münaqişənin həllindən region ölkələri də faydalanar", - deyə o vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR