Bağdadda terrorçu-kamikadze özünü partladıb, ölən və yaralananlar var

Bağdadda terrorçu-kamikadze özünü partladıb, ölən və yaralananlar var
# 24 may 2018 02:48 (UTC +04:00)

İraqın paytaxtı Bağdadda partlayış törədilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin şimal bölgəsində parkda terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.

Hadisə nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb. Hadisə yerinə İraq güc strukturlarının əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Partlayışa görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR