Bank Of Baku

Natalia Oreiro Rusiya pasportu alıb

Natalia Oreiro

© APA | Natalia Oreiro

# 10 noyabr 2021 17:53 (UTC +04:00)

Müğənni və aktrisa Natalia Oreiro Rusiya Federasiyası vətəndaşının andını içərək Rusiya pasportu alıb. Mərasim cümə axşamı Rusiyanın Buenos-Ayresdəki səfirliyində keçirilib.

APA-nın TASS-a iatinadən verdiyi məlumata görə, Oreiro andın mətnini əvvəlcə rus, sonra isə ispan dilində oxuyub. O, daha sonra rus dilində "Çox sağ olun! Rusiyada hamınızı çox sevirəm" deyib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Natalia Oreyro və onun oğluna Rusiya vətəndaşlığı verib. Müğənni bunu böyük şərəf adlandırıb və buna görə bütün rusiyalılara təşəkkür edib.

2020-ci ilin iyununda Natalia Oreiro Rusiya vətəndaşlığı üçün müraciət etdiyini və həmin vaxt sənədlərini artıq təqdim etdiyini bildirmişdi.

Xatırladaq ki, Natalia Oreiro 1977-ci ilin mayın 19-da Uruqvayın paytaxtı Montevideoda anadan olub. Daha sonra aktrisa Argentinaya köçüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR