NATO müttəfiqlərinin Vaşinqton sammitinə qədər yeni baş katiblə bağlı razılığa gələcəyi gözlənilir

NATO müttəfiqlərinin Vaşinqton sammitinə qədər yeni baş katiblə bağlı razılığa gələcəyi gözlənilir
# 12 iyun 2024 22:23 (UTC +04:00)

NATO müttəfiqləri Vaşinqton sammitinə qədər Baş katib Yens Stoltenberqin varisi ilə bağlı razılığa gələ biləcəklər.

APA xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı səfiri Culianna Smit xarici jurnalistlər üçün onlayn brifinqdə deyib.

O bildirib ki, yeni baş katibin seçilməsi artıq bir müddətdir ki, hərbi blokun daxilində müzakirə mövzusudur.

"Bu, konsensusla qəbul edilməli olan bir qərardır. Biz elə bir nöqtəyə çatmışıq ki, bu xüsusi məsələ ilə bağlı müəyyən təkan və hərəkətlilik müşahidə edirik və buna görə də əminəm ki, bir neçə həftə ərzində, iyulda keçiriləcək zirvəyə qədər bizim bu barədə elanımız olacaq", - ABŞ-nin NATO-dakı səfiri deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR