ABŞ Cənubi Koreyada nüvə silahı yerləşdirə bilər

 ABŞ Cənubi Koreyada nüvə silahı yerləşdirə bilər
# 08 aprel 2017 01:31 (UTC +04:00)

ABŞ Cənubi Koreyada nüvə silahı yerləşdirə bilər.

APA-nın “NBC” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının prezident D.Trampa göndərdiyi məruzədə bildirilir.

Məlumata əsasən, məruzədə Cənubi Koreyada nüvə silahının yerləşdirilməsi ilə yanaşı Şimali Koreya lideri Kim Çen Inın vəzifəsindən kənarlaşdırılması ssenarisi də yer alıb.

Qeyd edək ki, əvvəllər rəsmi Vaşinqton Cənubi Koreyada nüvə silahı yerləşdirmək niyyətində olmadığını, bunun regionda təhlükəli silahlanma yarışına gətirib çıxara biləcəyini bildirirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR