Bank Of Baku

Ned Prays: "ABŞ İranla nüvə sazişinə qayıtmağı müzakirə etmir"

Ned Prays: "ABŞ İranla nüvə sazişinə qayıtmağı müzakirə etmir"
# 07 mart 2023 01:25 (UTC +04:00)

ABŞ İranla nüvə sazişinin bərpası imkanlarını müzakirə etmir.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı bildirib.

O, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kananinin bu məsələ ilə bağlı iki ölkə arasında vasitəçilər vasitəsilə mesaj mübadiləsi aparması ilə bağlı sözlərinə münasibət bildirib.

“Birgə Kompleks Fəaliyyət Planına qayıdış bizim gündəliyimizdə deyil və artıq bir müddətdir ki, belədir. Gündəliyimizə İran hakimiyyətinin öz xalqına qarşı repressiyaları, İranda saxlanılan Amerika vətəndaşları və Rusiyaya pilotsuz uçuş aparatlarının verilməsi daxildir”, – deyə Prays bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR