Bank Of Baku

Nigeriyada daşqınlar 170-dən çox insanın həyatına son qoyub

Nigeriyada daşqınlar 170-dən çox insanın həyatına son qoyub
# 28 avqust 2024 07:41 (UTC +04:00)

Nigeriyada bir neçə həftədir davam edən daşqınlar 170-dən çox insanın ölümünə, 200 mindən çox insanın isə məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olub.

APA “CNN”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Agentliyinin nümayəndəsi Manzo Ezekiel məlumat yayıb.

Ən çox ziyan Nigeriyanın şimal bölgələrinə dəyib.

Güclü yağıntılar və iki ən böyük çayın - Niger və Benue çaylarının səviyyəsinin qalxması səbəbindən digər bölgələri də ciddi təhlükə gözləyir.

Ölkədə vəba xəstəliyinin yayılması riski var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR