Nikaraqua rəsmi surətdə Amerika Dövlətləri Təşkilatından (ADT) çıxıb.
APA-nın xəbərinə görə, bu barədə ölkənin xarici işlər naziri Denis Monkada xəbər verib.
Qərarla bağlı təşkilata üzv olan bütün ölkələr məlumatlandırılıb. Nikaraqua hökumətinin bu addımı atmasına səbəb ADT-nin ötən həftə keçirilmiş seçkinin nəticələrinə şübhə ilə yanaşmasıdır.
Təşkilatın nizamnaməsinə görə istənilən dövlət 2 illik prosedur dövrünə əməl etmək şərti ilə qurumdan ayrıla bilər.