Nyu-York məhkəməsinin münsiflər heyəti ABŞ-nin keçmiş lideri Donald Trampı keçmiş porno aktrisa Stormi Danielsə pul ödəyərkən “Trump Organization” şirkətinin maliyyə sənədlərini saxtalaşdırmaqda təqsirli bilib.
APA xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Məlumata görə, eks-prezident bütün 34 maddə üzrə təqsirli bilinib.
Bununla da Tramp münsiflər heyəti tərəfindən cinayətdə təqsirli bilinən ilk keçmiş Amerika prezidenti olub.
Donald Trampın hökmü iyulun 11-nə təyin edilib.