ABŞ-ın sabiq prezidenti Donald Tram silah gəzdirməklə bağlı lisenziyasını itirə bilər.
APA xəbər verir ki, Nyu-York Polis İdarəsi Trampı biznes sənədlərini saxtalaşdırmaqda ittiham edərək təqsirli bildikdən sonra onun silah lisenziyasını ləğv etməyə hazırlaşır.
Qeyd edək ki, polis Trampın sahib olduğu iki tapançanı artıq müsadirə edib, hazırda onda qalan üçüncü və sonuncu tapançanı da almaq istəyir.