Nyu-Yorkda ailə faciəsi: beş nəfər ölüb, iki polis yaralanıb

Nyu-Yorkda ailə faciəsi: beş nəfər ölüb, iki polis yaralanıb
# 03 dekabr 2023 22:15 (UTC +04:00)

Nyu-Yorkda bir kişi bıçaqla dörd ailə üzvünü öldürüb.

APA xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.

Hadisə yerinə gələn polis əlində çamadan olan şübhəli şəxsi görüb.

Qısa söhbətdən sonra o, bıçağı çıxararaq polislərə hücum edərək onları üz və boyun nahiyəsindən yaralayıb.

Təhlükəsizlik orqanının əməkdaşları hücum edənə atəş açıblar.

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR