ABŞ-ın Nyu-York şəhərinin bəzi bölgələrində leysan yağışlar daşqınlara səbəb olub.
“NBC New York”un xəbərinə görə, daşqınların ən çox təsir etdiyi yerlər Bruklin və Kvins bölgələridir.
Bəzi bölgələrdə yağıntı miqdarı saatda 5 santimetrə çatıb.
Həmçinin, Ohayo və Virciniya ştatlarında 60 milyondan çox insan potensial daşqınlara hazırlaşır.
Nyu-York və Nyu Cersi hava limanlarında 700-dən çox uçuş kəskin hava şəraiti səbəbindən təxirə salınıb.
Nyu-Yorkda 85 000 abunəçinin elektrik enejisi kəsilib.
Hava şəraitinin yaxşılaşacağı ilə bağlı proqnoz verilməyib.