Təhdidlər davam edərsə, İran ABŞ-la yekun Saziş üzrə danışıqlara başlamayacaq.
APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi X hesabında yazıb.
“Anlaşma Memorandumunun 13-cü bəndi aydındır: Təhdidlər davam edərsə, yekun Saziş üzrə danışıqlar başlamayacaq. İmzanıza hörmət edin”, - deyə İran xarici siyasət idarəsinin başçısı paylaşımında qeyd edib.