Bank Of Baku

Qusarda yük maşını aşıb, ölən var - FOTO

Qusarda yük maşını aşıb, ölən var - FOTO
# 07 iyul 2026 10:40 (UTC +04:00)

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosunun məlumatına görə, hadisə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda, Samur qəsəbəsi yaxınlığında qeydə alınıb.

İlkin məlumata əsasən, Dağıstan qeydiyyat nişanlı yük avtomobili idarəetmədən çıxaraq magistral yol ilə Samur-Abşeron kanalı arasındakı əraziyə aşıb.

Qəza nəticəsində xəsarətlər alan 28 yaşlı sürücü hadisə yerində ölüb.

Avtomobildə daşınan badımcanlar yol kənarına və Samur-Abşeron kanalına tökülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR