ABŞ-ın Nyu-York ştatının qubernatoru Endryu Kuomo odlu silahdan istifadə yolu ilə cinayət hadisələrinin sayının artması səbəbindən fövqəladə vəziyyət elan edib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində yazıb.
“Bu gün odlu silahdan istifadə ilə zorakılıq hallarına görə fövqəladə vəziyyət tətbiq olunduğunu elan etdim. Odlu silahdan istifadə ilə zorakılıq halları ictimai səhiyyə sahəsində böhrana səbəb olub”, - qubernator belə deyib.