O'Brayen: Ukraynaya Rusiya ərazisinə zərbə endirməyə icazə veriləcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O

© APA | ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen

# 03 iyul 2024 10:05 (UTC +04:00)

“Rusiya döyüş meydanında cəbhəni genişləndirməyə cəhd göstərsə, Ukraynaya Rusiya ərazisinə raket zərbəsi endirməyə icazə veriləcək”.

APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirib.

Bununla yanaşı o qeyd edib ki, hazırda Rusiya ordusu hücum imkanlarını itirməkdədir.

“Son günlər biz Rusiyanın Ukraynaya qarşı müharibədə mövqe və güc itirməsinin şahidi oluruq. Ölkəmizin əsas prioriteti Ukraynanın lazımi silah-sursatla təminatı və bu silahların təhlükənin daha çox olduğu ərazilərdə cəmləşdirilməsindən ibarətdir. İndiki halda söhbət Xarkovdan gedir. Ötən həftə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da bu barədə fikirlərini söyləmişdi. Rusiya cəbhə xəttini genişləndirmək istəsə, Ukraynaya bu ölkənin ərazisinə zərbələr endirməyə icazə veriləcək” - deyə. C. O'Brayen fikirlərini yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR