Rusiyada pansionat yanıb, ölən və xəsarət alanlar var

Rusiyada pansionat yanıb, ölən və xəsarət alanlar var
# 16 sentyabr 2017 09:55 (UTC +04:00)

Rusiyada yaşlılar və əlillər üçün nəzərdə tutulmuş pansionatda yanğın baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın pansionatın üçüncü mərtəbəsində yerləşən istirahət otağındakı televizor və mebelin yanması ilə başlayıb.

İvanovsk vilayətində baş vermiş hadisə nəticəsində 7 nəfər xəsarət alıb, 2 nəfər ölüb. 112 nəfər təxliyə edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR