Bank Of Baku

Oktyabrın 31-dən Kolumbiyada 3-11 yaşlı uşaqlar peyvənd olunacaq

Oktyabrın 31-dən Kolumbiyada 3-11 yaşlı uşaqlar peyvənd olunacaq
# 30 oktyabr 2021 08:20 (UTC +04:00)

Kolumbiyada oktyabrın 31-dən etibarən 3-11 yaş arasında olan uşaqlara koronavirusa qarşı peyvənd vurulacaq.

APA-nın məlumatına görə, bu barədə ölkə prezidenti İvan Duke “Twitter” hesabında yazıb.

Przident bildirib ki, oktyabrın 31-dən etibarən ölkədə keçirilən Uşaqlar Günü çərçivəsində sözügedən yaş qrupları üçün Cin istehsalı olan “Sinovac” peyvəndindən istifadə ediləcək.

Qeyd edək ki, bu günədək Kolumbiyada 12-17 yaş arası yeniyetmələr peyvənd olunublar.
Bu yaş qruplarına isə “Pfizer” və “Moderna” peyvəndləri vurulub.

Xatırladaq ki, ölkədə pandemiya başlayandan bəri 4,9 milyon insan koronavirusa yoluxub, 127 min nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR