Bank Of Baku

Onlarla təşkilat Baydendən Yaxın Şərqə zərbə endirməməyi xahiş edib

Onlarla təşkilat Baydendən Yaxın Şərqə zərbə endirməməyi xahiş edib
# 03 fevral 2024 07:46 (UTC +04:00)

Onlarla ictimai təşkilat ABŞ prezidenti Co Baydendən ABŞ qüvvələrinə regiondakı hücumlara cavab olaraq İrana və Yaxın Şərq ölkələrinə zərbələr endirməkdən çəkinməyi xahiş edib.

APA-nın məlumatına görə, bu barədə “Politico” qəzeti məlumat yayıb.

"Cənab Prezident, cavab bombardmanları bölgəyə sülh gətirməyəcək və ya bu münaqişələri həll etməyəcək; bunun əvəzinə, ABŞ-ı heç bir vaxt məhdudiyyəti olmayan fəlakətli çoxtərəfli münaqişəyə cəlb edə bilər” – müraciətdə deyilir.

Müraciət 80 təşkilatın nümayəndələri tərəfindən imzalanıb. Bunlara veteran assosiasiyaları, xarici siyasət və təhlükəsizlik ekspertləri, insan haqları və dini təşkilatlar daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR