Ostin tibbi prosedurdan sonra vəzifəsinin başına qayıdıb - YENİLƏNİB

ABŞ-nin müdafiə naziri Lloyd Ostin

© APA | ABŞ-nin müdafiə naziri Lloyd Ostin

# 25 may 2024 07:29 (UTC +04:00)

ABŞ müdafiə naziri Lloyd Ostin qeyri-cərrahi tibbi prosedurdan uğurla keçib.

APA xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi, ABŞ Hərbi Hava Qüvvələri generalı Patrik Rayderin yazılı açıqlamasında deyilir.

Onun sözlərinə görə, sidik kisəsi problemi ilə bağlı tibbi prosedur təxminən 2,5 saat davam edib.

“Ostinin planlaşdırılan tədbirlərdə iştirakı da daxil olmaqla, rəsmi cədvəlində heç bir dəyişiklik gözlənilmir”, - Rayder vurğulayıb

***
00:40

Prostat vəzi xərçəngindən əziyyət çəkən Pentaqon rəhbəri Lloyd Ostin tibbi prosedurdan keçəcək.

APA xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə naziri Lloyd J. Ostin daha öncə müəyyən edilmiş sidik kisəsi problemi ilə bağlı seçməli qeyri-cərrahi, minimal invaziv prosedurdan keçəcək”, - Pentaqon qeyd edib.

Bildirilib ki, Ostin vəzifələrini müavini Keytlin Hiksə ötürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR