Kanada polisi iki gün ərzində ölkədə koronavirusun yayılması ilə mübarizə üçün tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz aksiyalarında iştirak edən 150-yə yaxın adamı saxlayıb.
APA “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, polis 38 avtomobili ərazidən uzaqlaşdırıb 50-ə yaxın insanı isə saxlayıb.
"Şənbə günü 47 nəfər saxlanılıb, 38 avtomobil evakuasiya edilib", - deyə Kanada Böyükşəhər Polisi “Twitter” səhifəsində yazıb.