ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin əri Paul Pelosiyə hücum edən şəxsə qarşı “vəzifəli şəxsin oğurluğuna cəhd” ittihamı irəli sürülüb.
APA CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyindən bildiriblər məlumat yayıb.
Hadisəni törədən şəxsi 50 ilə qədər həbs gözləyir.
Xatırladaq ki, keçən həftənin cümə günü Pelosinin San-Fransiskodakı evinə hücum edən 42 yaşlı Devid Ueyn Depeyp Paul Pelosiyə çəkiclə ağır zərbələr endirib və nəticədə Pelosinin kəllə sümüyü çatlayıb, qolları ciddi zədə alıb.