Mübariz Qurbanlı: "Əminəm ki, İmam Hüseyn əzadarlığı dinimizə uyğun olacaq"

Mübariz Qurbanlı: "Əminəm ki, İmam Hüseyn əzadarlığı dinimizə uyğun olacaq"
# 28 sentyabr 2017 09:19 (UTC +04:00)

"Məhərrəm ayı başlayandan Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olmayan hərəkət qeydə alınmayıb".

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, İdarəsinin fətvasında ay ərzində keçiriləcək tədbirlərlə bağlı bütün məsələlər qeyd olunub: "Əminəm ki, bu ay heç bir insident qeydə alınmayacaq. İmam Hüseyn əzadarlığı dinimizə uyğun keçiriləcək".

Komitə sədri bildirib ki, keçiriləcək tədbirlərlə bağlı QMİ nin və komitənin yerli strukturları birgə iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR