Ötən rüb Naxçıvandakı banklar 5 mln. manatlıq kredit verib

Ötən rüb Naxçıvandakı banklar 5 mln. manatlıq kredit verib
# 12 aprel 2017 13:54 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası üzrə banklar tərəfindən 2017-ci ilin yanvar-mart aylarında verilmiş kreditlərin həcmi 5 mln. 21 min manat olub.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, bunun 1 mln. 252 min manatı qısamüddətli, 3 mln. 769 min manatı isə uzunmüddətli kreditlərin payına düşür. Həmin müddətdə verilmiş kreditlərin 14,3%-ini və ya 716 min manatı kənd təsərrüfatının kreditləşdirilməsinə yönəldilib.

"Cari ildə banklar tərəfindən kənd təsərrüfatına əsasən əkinçilik, bostan-tərəvəz məhsullarının istehsalı üçün kreditlər verilərkən aşağı faiz dərəcələrinin tətbiq edilməsi nəzərdə tutulub, - deyə idarədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR