Azərbaycan təbii qaz ixracından gəlirlərini artırıb

Azərbaycan təbii qaz ixracından gəlirlərini artırıb
# 20 oktyabr 2017 13:38 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 928 mln. 658,17 min dollar dəyərində 5 mlrd. 213 min 579,41 kubmetr təbii qaz ixrac edib.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 898 mln. 514,25 min kubmetr və ya 14,70% azdır, məbləğ baxımından isə illik nisbətdə 5 min 617,61 dollar və ya 0,61% çoxdur.

Təbii qazın Azərbaycanın ümumi ixracında payı 11,4%-dir.

Qeyd edək ki, 2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə 923 mln. 40,56 min dollar dəyərində 6 mlrd. 112 mln. 93,66 min kubmetr təbii qaz ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR