Göygöldə qadın qonşusu tərəfindən döyülüb

Göygöldə qadın qonşusu tərəfindən döyülüb
# 18 dekabr 2019 22:26 (UTC +04:00)

Göygöldə döyülmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.

Kənd sakini, 1995-ci il təvəllüdlü Qurbanova Könül Salman qızı müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Zərərçəkmişin sözlərinə görə, qonşuluqda yaşayan digər qadın tərəfindən döyülüb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR