Bank Of Baku

Pentaqon: Diplomatiya üçün səy göstərilməlidir, vaxt daralır

Pentaqon: Diplomatiya üçün səy göstərilməlidir, vaxt daralır
# 21 fevral 2022 19:58 (UTC +04:00)

ABŞ Rusiyanın Ukraynanı bu gün işğal edə biləcəyi ehtimalını istisna etmir.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi Con Kirbi deyib.

“Biz bir müddətdir ki, Rusiyanın Ukraynanı istənilən vaxt işğal edə biləcəyini deyirik. Bu gün həmin gün ola bilər. Biz ümid edirik ki, bu baş verməyəcək”, - deyə Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

O qeyd edib ki, diplomatik yolun izlənməsi üçün bütün səylər göstərilməlidir və Rusiya Prezidenti Vladimir Putinin doğru qərar qəbul etməsi, Avropada növbəti müharibənin baş verməsinin qarşısının alınması üçün diplomatiyanın davam etdirilməsi fürsəti hələ də var.

“Lakin vaxt daralır”, - Pentaqon sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR