Bank Of Baku

Pentaqon Əfqanıstanda təhlükəsizlik vəziyyətinin pisləşdiyini hesab edir

Pentaqon Əfqanıstanda təhlükəsizlik vəziyyətinin pisləşdiyini hesab edir
# 10 avqust 2021 06:42 (UTC +04:00)

“Əfqanıstanda təhlükəsizlik vəziyyəti arzuolunmaz şəkildə inkişaf edir və narahatlıq doğurur”.

APA TASS-a istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi keçirdiyi brifinqdə səsləndirib.

Onun sözlərinə görə, Amerika tərəfi “Əfqanıstandakı təhlükəsizlik vəziyyətindən çox narahatdır”. Kirbi qeyd edib ki, “aydındır ki, Əfqanıstanda təhlükəsizlik vəziyyəti pisləşir”. Onun fikrincə, hadisələr “düzgün istiqamətdə inkişaf etmir”.

Pentaqon rəsmisi “Taliban” hərəkatının silahlılarının hücum əməliyyatlarının intensivliyinin artdığını bildirib. Eyni zamanda, o, əminliklə əlavə edib ki, Əfqanıstan hakimiyyəti “Taliban”la mübarizə üçün lazımi resurslara malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR