ABŞ və Litvanın müdafiə nazirliklərinin nümayəndələri kəşfiyyat sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.
APA-nın məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidmətinin şənbə günü yaydığı məlumatda deyilir.
Sənədə əsasən, cümə günü keçirilən məsləhətləşmələrdə ABŞ müdafiə nazirinin kəşfiyyat üzrə müavini Ronald Maltri və Litvanın müdafiə naziri Arvidas Anusauskas iştirak ediblər.
Onlar “liderləri qarşılıqlı maraq doğuran məsələlərlə bağlı məlumatlandırmaq üçün kəşfiyyat məlumatlarının mübadiləsinin vacibliyini müzakirə ediblər”.
Pentaqonun rəhbərinin müavini Litvanı “strateji kəşfiyyat tərəfdaşı” adlandırıb.