Pentaqon Ostinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı Konqresə hesabat verməyib

Pentaqon Ostinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı Konqresə hesabat verməyib
# 21 fevral 2024 07:13 (UTC +04:00)

ABŞ Müdafiə Nazirliyi hələ də Konqresə Pentaqonun niyə yanvar ayında Lloyd Ostinin xəstəxanaya yerləşdirilməsi barədə ictimaiyyəti və səlahiyyətliləri dərhal məlumatlandırmadığını izah edən hesabat göndərməyib.

APA-nın məlumatına görə, bunu nazirliyin mətbuat katibinin müavini Sabrina Sinq keçirdiyi növbəti brifinqdə deyib.

"Hesabat hələ C göndərilməyib. Hesab edirəm ki, hesabatın məxfi versiyası Konqresə və ya müvafiq komitələrə göndəriləcək, lakin hazırda o, ötürülməyib", - Sinq müxbirin sualına cavabında deyib.

Müdafiə naziri Ostin yanvarın 1-i axşam xəstəxanaya yerləşdirilib və yanvarın 2-də onun bəzi vəzifələri müavini Ketlin Hiksə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR