Bank Of Baku

Pentaqon : Rusiya Ukrayna ilə sərhədə cəmləşdirdiyi hərbi gücün 100%-ə yaxınından istifadə edib

Pentaqon : Rusiya Ukrayna ilə sərhədə cəmləşdirdiyi hərbi gücün 100%-ə yaxınından istifadə edib
# 07 mart 2022 22:11 (UTC +04:00)

Rusiya Belarus ərazisi də daxil olmaqla Ukrayna ilə sərhədə cəmlədiyi hərbi gücün 100%-ə yaxınından istifadə edib

APA-nın xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisi CNN-ə bildirib. O, qeyd edib ki, Rusiya bu vaxtadək Ukraynaya 625 raket zərbəsi endirib.

Pentaqon rəsmisi qeyd edib ki, Ukrayna səmasında mübarizənin hələ də davam etməsi Kiyevin döyüş təyyarələrini istifadə edə bilməsi və yer-hava tipli silahlarının ölkənin hava məkanını qorumağa qadir olması kimi qiymətləndirilir.

Qeyd olunur ki, 11 gün ərzində Ukrayna silahlı qüvvələri 46 000 nəfərədək rus hərbçisini zərərsizləşdirib. Bura öldürülən, yaralanan və əsir götürülənlər daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR