Bank Of Baku

Pentaqon sözçüsü: Rusiya Ukraynada xarici silahların oğurlanması ilə bağlı dezinformasiya yayır

Pentaqon sözçüsü: Rusiya Ukraynada xarici silahların oğurlanması ilə bağlı dezinformasiya yayır
# 12 yanvar 2024 07:57 (UTC +04:00)

Rusiya davamlı olaraq Ukraynada xarici silahların oğurlanması hallarının qeydə alındığı barədə dezinformasiya yaymağa çalışır.

APA-nın “RBC-Ukrayna”ya istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun sözçüsü Patrik Rayder videobrifinq zamanı deyib.

“Bu gün ABŞ-dan Ukraynaya ötürülən silahların səhv əllərə keçə biləcəyinə dair heç bir etibarlı sübut yoxdur”, - Pentaqonun spikeri bildirib.

Onun sözlərinə görə, Rusiya müxtəlif informasiya kanalları vasitəsilə daim dezinformasiya yaymağa çalışır.

“Amma fakt odur ki, biz ukraynalıların döyüş meydanında onlara verilən silahlardan səmərəli istifadə etdiklərini görürük”, - Rayder vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR