ABŞ-ın müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Aleksey Reznikov ilə telefon danışığında əmin edib ki, o, Vaşinqtonun müttəfiqlərini və tərəfdaşlarını hava hücumundan müdafiə və digər silahları Kiyevə ötürməyə çağıracaq.
APA xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder yazılı açıqlama verib.
Sənədə görə, Ostin və Reznikov ABŞ-ın Ukraynaya “əlavə hərbi yardım” üçün “Bradley” piyadalarının döyüş maşınları, əlavə zirehli maşınlar, artilleriya sistemləri və döyüş sursatları və digər mühüm aktivlər daxil olmaqla, 3 milyard dollardan çox vəsait ayırmasını müzakirə ediblər.
Ostin və Reznikov yaxın kontaktda olmağı qərara alıblar.