Azərbaycanın 3 ali məktəbi Vyetnamın “Dostluq” ordeni ilə təltif edilib

Azərbaycanın 3 ali məktəbi Vyetnamın “Dostluq” ordeni ilə təltif edilib
# 22 sentyabr 2017 15:10 (UTC +04:00)

Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti 2-ci Azərbaycan-Vyetnam Dostluq Forumunda iştirak edib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Vyetnamın Vunq Tau şəhərində keçirilən 2-ci Azərbaycan-Vyetnam Dostluq Forumu Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilib.

Forumda çıxış edən nazir müavini Firudin Qurbanov bildirib ki, prezidentin 11 sentyabr tarixli müvafiq sərəncamları ilə Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Vyetnam Milli Assambleyasının üzvü, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Nghiem Vu Khai və Vyetnamın Prezident Administrasiyasının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nguyen Vu Ha Lenin “Tərəqqi” medalları ilə təltif edilib. F.Qurbanov həmin şəxslərə medalları təqdim edib.

Forumda Vyetnam hökuməti adından çıxış edən Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Hərbi Dəniz Qüvvələrinin Komandanı Fam Hoai Nam özünün də vaxtilə Azərbaycanda təhsil aldığını qeyd edib. Fam Hoai Nam vyetnamlı mütəxəssislərin hazırlanmasında fəal rol oynamış Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Bakı Dövlət Universiteti və Azərbaycan Neft və Sənaye Universitetinə Vyetnamın prezidenti tərəfindən təltif olunan Vyetnamın “Dostluq” ordenini təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR