Perunun Hulyaka şəhərində hökumət əleyhinə mitinqlərdə ölənlərin sayı 17-yə çatıb, 52 nəfər xəsarət alıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə San-Roman əyalətinin səhiyyə qurumu məlumat yayıb.
Bundan əvvəl aksiyalarda 12 nəfərin öldüyü açıqlanmışdı.
Hulyaka aeroportunda polislə toqquşmalar yanvarın 6-da başlayıb. Etirazçılar Peru Prezidenti Dina Boluartenin istefasını və yeni prezident seçkilərinin keçirilməsini tələb edirlər. Baş nazir Alberto Otarola bildirib ki, aksiya iştirakçıları ilə danışıqlar aparmaq üçün bölgəyə nümayəndə heyəti göndəriləcək.
Qeyd edək ki, Pedro Kastilyanın 2022-ci il dekabrın 7-də hakimiyyətdən uzaqlaşdırılmasından sonra Peruda kütləvi etiraz aksiyaları başlayıb. Etirazçılar yolları bağlayıb, aeroportları, hakimiyyət orqanları və güc strukturlarının binalarını ələ keçirib. Dekabrda baş verən toqquşmalarda 30-dək insan həlak olub, yüzlərlə insan xəsarət alıb.
***
06.24
Peruda hökumət əleyhinə etirazlarda 12 nəfər ölüb, 38 nəfər yaralanıb.
APA xəbr verir ki, bu barədə San-Roman əyalətinin səhiyyə sistemi məlumat yayıb.
Qeyd olunub ki, ölənlərdən biri azyaşlıdır.
Xatırladaq ki, yanvarın 6-da şəhərin hava limanı yaxınlığında etirazçılarla polis arasında toqquşmalar başlayıb.