Bank Of Baku

Perunun eks-prezidenti ailəsi ilə birlikdə Meksika səfirliyinə sığınıb

Perunun eks-prezidenti ailəsi ilə birlikdə Meksika səfirliyinə sığınıb
# 21 dekabr 2022 00:53 (UTC +04:00)

Perunun keçmiş prezidenti Pedro Kastilonun ailəsinə Meksikada siyasi sığınacaq verilib.

APA xəbər verir ki, bu barədə Meksikanın xarici işlər naziri Marselo Ebrard açıqlama verib.

Onlar Meksikanın Perudakı səfirliyinə yerləşdirilib.

Onun sözlərinə görə, hazırda Kastillo ailəsinin istəyi ilə Meksikaya köçürülmə ilə bağlı danışıqlar aparılır.

Xatırladaq ki, Perunun məhkəməsi cümə axşamı ölkənin keçmiş prezidenti Pedro Kastillonun 7 sutka müddətinə həbs edilməsinə qərar verib. O, qiyam təşkil etməkdə ittiham olunurdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR