Çempionlar Liqası: “Qarabağ” ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb

Çempionlar Liqası: “Qarabağ” ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb
# 18 iyul 2018 21:00 (UTC +04:00)

“Qarabağ” bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu öz meydanında “Olimpiya” ilə qarşılaşıb.

Sloveniyada keçirilən ilk görüşdə 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda bu üstünlüklə çıxıb. Matçın ilk dəqiqələrində qonaqlar daha fəal olsa da, “Qarabağ” üstünlüyü ələ almağı bacarıb.

Ağdam təmsilçisi daha çox hücum etdiyi qarşılaşmada qapılara qol vurulmayıb. Beləliklə, ilk oyunda qazanılan minimal hesablı qələbə “Qarabağ”ı II təsnifat mərhələsinə daşıyıb. Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq.

Çempionlar Liqası

I təsnifat mərhələsi (cavab oyunu)

18 iyul

“Qarabağ” (Ağdam, Azərbaycan) – “Olimpiya” (Lyublyana, Sloveniya) - 0:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR