Bank Of Baku

Peskov: Rusiyanın ABŞ-də seçkilərə müdaxiləsi barədə bəyanatlar absurddur

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov

© APA | Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov

# 30 iyul 2024 15:24 (UTC +04:00)

ABŞ-dəki prezident seçkilərinə müdaxiləmiz barədə bəyanatlar absurddur.

APA-nın “Interfax”a istinadən xəbərinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, seçki günü yaxınlaşdıqca analoji açıqlamaların intensivliyinin artacağını da istisna etməyib.

D.Peskovun sözlərinə görə, ABŞ-də həm Rusiyanı, həm də Prezident Vladimir Putini siyasi mübarizənin önəmli faktoru hesab edirlər.

Qeyd edək ki, bir qədər əvvəl mətbuatda ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya, Çin və İranın ölkədəki prezident seçkisinə müdaxilə planı hazırladığı barədə məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR