Qaçqın statusu alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vəsiqələr veriləcək

Qaçqın statusu alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vəsiqələr veriləcək
# 30 dekabr 2016 09:55 (UTC +04:00)

Azərbaycanda qaçqın statusu alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xüsusi vəsiqələr veriləcək.

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 3-cü (Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər) maddəsinə yeni 5-ci bəndin əlavə edilməsi müzakirə olunub.

Təklif olunan bəndə əsasən, Azərbaycanda qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi müəyyənləşdiriləcək. Bu kateqoriyadan olan insanlara yaşayış yeri üzrə qeydiyyatı göstərən yeni sənəd növü - qaçqın vəsiqəsi veriləcək.

Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR