Akif Çovdarovun işində zərərçəkmiş şirkət rəhbərinin məhkəməsi təxirə salınıb

Akif Çovdarovun işində zərərçəkmiş şirkət rəhbərinin məhkəməsi təxirə salınıb
# 28 noyabr 2016 11:25 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclas təxirə salınıb. İ. Qasımovun səhhətində problem olduğundan məhkəməyə gətirilməyib. Buna görə iclas noyabrın 29-a təyin olunub.

Qeyd edək ki, prokuror təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. İ. Qasımov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun işində zərərçəkmiş kimi tanınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR