Göygöl rayon sakini ağır bədən xəsarətləri alıb

Göygöl rayon sakini ağır bədən xəsarətləri alıb
# 10 noyabr 2016 20:39 (UTC +04:00)

Göygöl rayon sakini bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Göygöl rayon Xəqani kənd sakini 1984-cü il təvəllüdlü Vüsal Eldar oğlu Məmmədov qarının kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Xəstə yıxılıb xəsarət aldığını desə də, onun bıçaqlandığı ehtimal olunur.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Azər Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR