Səfir Polad Bülbüloğlu Ramazan Abdulatipovla Azərbaycan-Rusiya sərhədində yaranan vəziyyəti müzakirə edib

Səfir Polad Bülbüloğlu Ramazan Abdulatipovla Azərbaycan-Rusiya sərhədində yaranan vəziyyəti müzakirə edib
# 12 noyabr 2016 10:47 (UTC +04:00)

"Azərbaycanın Rusiyadakı səfirliyi Azərbaycan-Rusiya sərhədindəki yaranmış böhranlı vəziyyəti nəzarətdə saxlayır". Səfirlikdən APA-nın Moskva müxbirinə verilən açıqlamada bildirilib ki, səfir Polad Bülbüloğlu məsələ ilə bağlı Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovla danışıb: "Noyabrın 11-də Azərbaycan-Rusiya sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük-keçid məntəqəsində yük avtomobillərinin uzun növbəsinin yaranması ilə bağlı səfirliyə məlumat daxil olan kimi səfir Polad Bülbüloğlu Dağıstanın başçısı Ramazan Abdulatipovla əlaqə yaradıb. Səfir Dağıstanın başçısından sərhəddə yaranmış problemin tezliklə aradan qaldırılması üçün yadım göstərməsi xahiş edib”.

Qeyd olunub ki, bundan başqa, səfirlik tərəfindən məlum məsələ ilə bağlı Rusiya Federal Gömrük Xidmətin rəhbəri Vladimir Bulavinin adına, eləcə də Rusiya baş nazirinin müavini, iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Dmitri Roqozinin adına məktub göndərilib. Məktubda Azərbaycan-Rusiya sərhədində yaranmış vəziyyətin aradan qaldırılması və bu kimi hadisələrin gələcəkdə təkrarlanmaması üçün vacib tədbirlərin görülməsi xahiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR