ATƏT PA-nın Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qısamüddətli missiyasına xüsusi koordinator təyin olunub

ATƏT PA-nın Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qısamüddətli missiyasına xüsusi koordinator təyin olunub
# 12 mart 2018 18:25 (UTC +04:00)

ATƏT PA-nın Elm,Texnologiya, Ətraf mühit və İqtisadi məsələlər komitəsinin sədri portuqaliyalı parlamentar Nilza Sena ATƏT PA-nın Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qısamüddətli missiyasına xüsusi koordinator təyin olunub.

APA-nın məlumatına görə, bu barədə qurumun yaydığı bəyanatda deyilir.

Parlamentar hazırda ATƏT PA-nın prezidenti Georgi Tsereteli ilə birlikdə Azərbaycanda səfərdədir. O hazırda seçki ilə əlaqədar şəxslərlə, o cümlədən ATƏT DTİHB-in müşahidə missiyası ilə görüşlər keçirir. Bildirilir ki, ATƏT PA seçki günü səsvermə prosesini izləmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR