Aİ Rusiyaya qarşı sanksiyalarla bağlı qərarı sammitdən əvvəl verəcək

Aİ Rusiyaya qarşı sanksiyalarla bağlı qərarı sammitdən əvvəl verəcək
# 24 noyabr 2016 17:27 (UTC +04:00)

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyalarla bağlı qərarı dekabrda keçiriləcək sammitdən əvvəl verəcək.


APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Brüsseldə Aİ Şurasının rəhbəri Donald Tusk bildirib.

“Ümid edirəm ki, biz sanksiyalara dair qərarı dekabrda keçiriləcək sammitdən əvvəl qəbul edəcək”, - deyə o bildirib.

Onun sözlərinə görə, Aİ-nin Rusiya qarşı sanksiyalarla bağlı mövqeyi dəyişməz olaraq qalmaqdadır.

“Bizim sanksiyalarla bağlı mövqeyimiz aydındır – onlar Ukraynaya dair Minsk sazişlərinin tam icrası ilə tam əlaqəlidir”, - deyə Tusk qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR