İspaniya Superkuboku uğrunda ilk oyun keçirilib

İspaniya Superkuboku uğrunda ilk oyun keçirilib
# 13 avqust 2017 23:55 (UTC +04:00)

Futbol üzrə İspaniya Superkuboku uğrunda ilk oyun keçirilib.

APA-nın məlumatına görə, son ölkə çempionu “Real” (Madrid) və “Barselona” üz-üzə gəlib.

“Kamp Nou”-da keçirilən ilk görüşdə “Real” 3:1 hesabı ilə əzəli rəqibini məğlub edib.

Cavab görüşü avqustun 17-də Madriddə baş tutacaq.

“Barselona” - “Real” 1:3

Qollar: Messi (77); Jerar Pike (50-avtoqol), Kriştianu Ronaldu (80), Marko Asensio (90)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR