Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yeni tərkibi təsdiqlənib

Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yeni tərkibi təsdiqlənib
# 31 mart 2017 06:59 (UTC +04:00)

Nazirlər Kabineti “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının Tərkibi”ni yeni redaksiyada təsdiq edib.

APA-nın məlumatına görə, Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının sədri vergilər naziri, Komissiya sədrinin müavini maliyyə nazirinin müavinidir.

Komissiyanın üzvləri Dövlət Statistika Komitəsi Aparatının qiymət statistikası şöbəsinin Müdiri, Vergilər Nazirliyinin vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru, Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin müdiri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin metrologiya şöbəsinin müdiri, ı İqtisadiyyat Nazirliyinin strateji planlaşdırma və proqnozlaşdırma şöbəsi müdirinin müavini, Mərkəzi Bankının nağd pul departamentinin direktoru və Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı sədrinin müavini təsdiq ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR