İrandan gələn avtomobildə külli miqdarda heroin və metamfetamin aşkar olunub

İrandan gələn avtomobildə külli miqdarda heroin və metamfetamin aşkar olunub
# 29 mart 2018 07:53 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İrandan ölkəmizə idarə etdiyi minik avtomobili ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Qabil İbrahim oğlu İsayevin idarə etdiyi "Opel Omega" markalı, 90-HG-335 dövlət nömrə nişanlı həmin nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı, avtomobilin arxa sağ və sol təkərlərinin saxlanması üçün nəzərdə tutulan dayaqların metal boşluqlarında 22 ədəd bağlamada, xalis çəkisi 2275 qram olan narkotik vasitə - heroin, 7 ədəd bağlamada isə xalis çəkisi 410 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR