ABŞ Ukrayna və digər dövlətlərə bu və ya digər alyansa qoşulmaqla bağlı təzyiq göstərməyəcək.
APA-nın xəbərinə görə, bunu Ağ Evin sözçüsü Cen Psaki deyib.
“Bizim mövqeyimiz bundan ibarətdir ki, Ukrayna və digər dövlətlərə bu və ya digər alyansa qoşulub-qoşulmamaqla bağlı təzyiq göstərməyəcəyik. Bu məsələ ABŞ tərəfindən qaldırılmır. Hər bir ölkənin suverenlik və ərazi bütövlüyü hüququ var” – deyə Psaki vurğulayıb.