Tramp Venesuela rəhbərliyindən müxalifət liderlərinin azadlığa buraxılmasını tələb edib

Tramp Venesuela rəhbərliyindən müxalifət liderlərinin azadlığa buraxılmasını tələb edib
# 02 avqust 2017 05:49 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp venesuelalı həmkarı Nikolas Maduronun müxalifətə qarşı hərəkətlərini pisləyib və müxalifət liderləri Leopoldo Lopes və Antonio Ledesmanın azadlığa buraxılmasını tələb edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“ABŞ Maduro diktaturasının addımlarını pisləyir. Cənab Lopes və cənab Ledesma rejimin qanunsuz saxladığı siyasi məhbuslardır. ABŞ hesab edir ki, siyasi müxalifətə qarşı çıxacağını bəyan etmiş Maduro bütün saxlanılanların sağlamlığı və təhlükəsizliyinə görə şəxsən məsuliyyət daşıyır. Biz təkrar olaraq bütün siyasi məhbusların dərhal və şərtsiz azadlığa buraxılmasını tələb edirik”, - deyə Trampın bəyanatında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR